.

.

    

Donuq şeir planı

Nadir Əzhəri

 

  • Donuq şeir planı

Nadir Əzhəri

 

 

1- Günümüzdə xusus 20ci yüzilliğin başlanışından bəri sənayeləşməkprasesındə şeir,ədəbiyat və incəsənət üçün başqa bir açılar açılmış olsa dainsanlar və özəlliklə şeir,ədəbiyat və incəsənətlə uğraşanların duyğu vəşeirsəlliklə doğal ya istədiği anda və istədiği formətdə ilişgisi istər-istəməzilan olunmamamış bir biçimdə daha artıq əngəllənmışdır, bu olaysənayeləşmək doğrultusunda yuruyən və batı ölkələrinin Demokratikilkələrindən də yoxsun qalmış toplumlarda ən şiddətli halda görünür,bu toplumlarda xusus bizim kimi çeşidli Krizlərə uğrayanlarda hanki sinifdən olursunuz olun,yaşamaq sürəcində toplumsal davranışlarda gizli və əşkar şidət və rəzalətlərə hər an raslamalısınız,düşüncə gözəlliyi insanların içində məhv olmuş bir durmda,gözəllik bulunsa belə təkcə satılır,ciddiyə alınmır,genel olaraq estetik hissi insanlarda və hətta hünərmətlərdə məhv olmağa başlayır ya fəlakət bir duruma düşür,insanlar şair ya qeyri şair "Froğ fərroxzad" demişkən "kiçik canilər"ə çevrilirlər,və Diktatorlar görən işləri öz aylə,dost,əmkdaş və toplumlarına görürlər,hətta bu rəzalətlər hünərmətlər arasında bə'zən Normal adamlar arasında gedənlərdən də artıq görükür,şeirə ayıd danışdığımızda bu durumda şeirimizi qurtarmaq ya onun qanamasını durdurmaq üçün uyğun Formətlər bulmalıyıq.

2- Donuq şeir tərzi dediymdə zahirdə öncədən görülmüş bir işə yeni bir izah vermək və sonra o yeni izahdan hərəkətə keçərək keyfiyətdə yeni bir tərz yaratmağı qəsd edirəm,düzyazı və şeirdən fikrimizdə yerləşmiş Formətlərin fasiləsini aradan qaldırmaq təməl başlanış önərilərimin birisidir,Demokrasisiz və çeşidli Krizlərdə yaşayan şair sürəkli olaraq,hətta bir iki gün,hətta bir neçə saat şeir havasında qalmaq imkanını bulmur,bir ya neçə sətir gözəl şeir yazdığında şeirinin əlində avara qalmış kimi,hörümcək misali o bir ya neçə sətir şeirin çevrəsində Normal sandığı həşv və həşvləri toxumağa məcbur

qalır,güclü gücsüz az-çox indi hamımız bu işlə məşğul olmuşuq ya məşquluq,illərdir bir iki sətir şeir eşitməyə 20-30 sətiri oxumağımız gərəkir,və bu hələ güclü şairlərimizin əhvalatıdı,(bəzən o bir iki sətirə də qonaq oluruq)deyirəm bu işin əvəzinə özümüzü yerə qoyub şeirin Normal Formətində bitdiyi ani tanıyıb şeirsəlliğimiz bitmədisə o anda şeirsəl duzyazıya köçək,bu işi ehtiyac olursa görək,,Donuq şeir tərzini ilzamən hər zaman üçün tövsiyə

etmirəm,zamandan zamana və şairdən şairə fərq edər bu qonu.

3- Dünya şerində illər öncədən Normal düşündüğümüz şeir və duzyazını birlikdə qullananlar olmuş,onların niyətindən və gördükləri işlərdən xəbər bilməğimiz lazımdı,azaraq gördüyüm o numunələrdə şeir düzyazıdan çox işlənmiş,başqa yöndən bə'zi böyük şairlər duzyazıdan başlamış yeni bir şerə və öz tərzlərinə doğru ilərləmiş, dünyada və bizim kimi toplumlarda şair qırıq - qırıq hislərini hər zaman bütöv bir şeir Formətinə yerləşdirə bilmir,sonunda şeir dediyi yazı bütün həşv və şeir olmayan sözlərlə dolur,mən o şe'riyəti qurtarmaq üçün əsər içrə vaxtında Normal şeirin zahirindən vaz geçib onu duzyazıda dondurmağa çalışıram, bu tərzdə və bu çalışmada duzyazı bölümləri işin hasant yeri yox tərsinə işin ən çətin yeri olmalıdır,bu iş nəzərə hasant gəlir amma elə dəğil,hər şair duzyazı bölümlərində də özünə Normal şeir kimi bir Ton və ləhn bulmalıdır.duyğularımız tam bir şeirə çevrilmək imkanını bulmadığlarında Donuq şeirdən faydalana bilərik,gülünc olsa da bu təmsil yersiz dəyil,donuq toyuq fasid olmasın diyə dondurulmuşdur ,donuq şeirdə dediğim toplumsal  nədənlərə görə içinizdə qırıq və tikə-tikə olunmuş duyğular və düşüncələr bütöv şeir Formətini əldə edə bilmədiğində aradan getməsinlər diyə özünüzə özəl düzyazıda ifa edilə bilirlər,və başqa Formətə qovuşaraq Normal şeirlə

fərqli və yeni bir tərz yarada bilərlər.

4-Donuq şeirdə,şeir və duzyazının kəmmiyəti şairin kişisəl qonusudur,birinci təcrübədə Normal şeir və Normal duzyazıya ayid baxışınızın dəyişilməsini his etməlisiniz,şeir düşündüyünüz sətirlər duzyazı və duzyazı düşündüyünüz sətirlər şeir kimi gələcək sizə də.(özünüz bu tür şeir yazdığınız zamanındanbəhs edirəm)

5- Donuq şeirdə hislərinizin və yazdığlarınızın gərçəkləşdiğini artıq hisedəcəksiniz.

6- Bu tərzdə önəmli olan,düzyazılardaki özəllik və yığcamlıqdır,bunun

üzerində çox çalışmaq olur.Normal şeir musiqisinə uymayan münfərid bir hissi ya düşüncəni çürümədən unutulmadan dərhal düzyazıda döndürmalısınız,sonra bunları hissiniz coşduqca Normal şeir Formətində yazdığlarınızla tərkib edə bilirsiniz.

7-Normal şeir bölümlər və düzyazı bölümləri arasında çeşidli Harmonilər və başqa yeniliklər yaratmaq sözqonusu və Donuq şeir tərzinin çox önəmliimkanlarındandır.

8- "Diskors" şeirini rahatca qullanmaq alanına və onda yenilikləri denəmək imkanına sahib olan tərzdir Donuq şeir tərzi.

9- Bu donuq şeir tərzi bir inkar dəğil imkandır,hər zaman özünü üstün bir tərz olaraq təqdim etmək amacında dəğil,bu tərzin gərəkdiğini his edən bu tərzi diqqətə ala bilir əlbət,Normal şeir alanında çoxlu dolaşdıqdan sonra  bu nuqtəyə gəlmək daha doğru bir iş ola bilir məncə.

10- Bu Donuq şeir planı yeni anladığımız qonulara dayanaraq hər tür Edit və artırmalara açıqdır.Donuq şeir Trminini Rüqəyyə Kəbirinin "Məchül hica" sıra şeirimə ayıd dediği "soyuq şeirlərdir"sözündən əxz etmişəm,istəmədən də olsa bu Trim haqda mənə yardım etdikləri üçün sağolsunlar.

Sizə və özümə,özümüzü söyləmək arzısıla.

 www.tenqid.blogfa.com

                                                                                                                                             

Təbriz - 2011.05.22

Məchul hica (1)

 

Hər kəlmədə bir hica əksik,

səni heç zaman çağıranmayacağam

saçılmaz bir günəş,görünməz bir sevgili

məchul hicanı his edirəm...

GECƏLİĞİNİ ÇIĞNINDƏN ZÜYÜŞDÜRÜB DÖNDÜYÜN ANDA BAŞQA

BİRİSİ OLDUQUN İHTİMALINDAN BƏHS EDİRƏM...!

Aynalar işləmir!

aynalar Boykot etdi süfətlərimizi

gözlərinə inanma

"Photoshop"da görüşürlər َaşiqlər!

masalar aıltında cəlq(1) fışqırır

çərqətli Postmodern dişilərə...!

TƏRS VƏ ÖLÜMCÜL BİR TAZALIQ HİS EDİRƏM ADAMLARDA,SANKİ

ADAMLARI KİFSƏMƏSİNLƏR DİYƏ DONDURTMUŞLAR,HƏR ZAD

"ƏNFAKTUS"(2) ETMİŞ,SƏSZİLİĞİN SÜRƏKLİ DU U U... ÇƏKDİĞİNƏ

QULAĞASIRIQ,SÖZ ÖLMÜŞ,BƏLKƏ MƏN DƏ KİFSƏMƏSİN DİYƏ

ŞE'RİMDƏ DONDURURAM SÖZÜ: 

"Donmuş şeir"(3)

 

dəliso tərzimdir

 faydasız və əziz

 eynən yaşam kimi!

 ----------------------

1- İstimna

2- Səktə

3- "Donuq şeir"

 

Məchul hica (2)

 

Söz ölürsə yerdə qalar

 

QUYLANMAZ ÖLÜDÜR SÖZÜN ÖLÜSÜ,KİMSƏ ALMAZ BOYNUNA,BİZDƏ

 

SÖZ ÇOXDAN ÖLMÜŞ,BİZDƏ DANIŞIQ DURDUĞU YERDƏ "BOKSAVAT"

 

EDƏN BİR MAŞINDI(1),UVULDAR UVULDAR,DANIŞAN KİMSƏ SANKİ

 

SÜRƏKLİ DİYƏR:"MƏN BİR SÖZ DEMİRƏM...MƏN BİR SÖZ DEMİRƏM..."

 

VƏ MƏN YAZIRAM,AD YAZDIRACAĞDIM İNTİHAR ÜÇÜN,AMA İNTİHAR

 

DA XƏSTƏLƏRİNDƏN ZAMİN İSTƏYƏN KİMİDİR,SƏN OLURSAN?

 

Məchul bir sözü

 

məchul bi(r) hərf

 

bi(r) hicani axtarıram

 

"X"(2) bir qadın,furmulları çaşdıran

unudulmuş bir nəfəs

 

son itirdiğini

 

kilid iş ya sevgilini

 

axtarıram

---------------------

1- Arabadı 

 

2- Eks (X)

                                       

 

Məchul hica(3)

 

 

SƏNİ GÖRMƏDƏN UNUTMAĞA ÇALIŞIRAM,SƏN SEVDİĞİM HEÇ

 

BİRİSİSƏN,BƏLKƏ DƏ CANIMI SIXMAQ ÜÇÜN QITMIR-QITMIR QIZLARA

 

QADINLARA BAĞIŞLADIN VUCUDUNUN PARÇALARINI.

 

İki Şiftdi cinsəllik,yorğunuq

 

buna sevgi fabrikası da deyərlər

 

mənə cinsəllikdən izin al

 

məni adət günlərinə məhrəm bil

 

ey döş çıxartmış royalarım

 

MƏNƏ QADIN ŞƏKLİNDƏ GÖRÜNMƏYƏ DƏVAM EDİRSƏN MƏSƏLA O

GÜN "XƏT"(1)DƏ BƏLKƏ SƏNİN QAŞ-GÖZÜNDƏN KOPYƏ ÇƏKMİŞİDİ O

TƏLƏBƏ QIZ.ONA ÇOX YAXINLAŞMIŞDIM,İKİ GÖZÜMƏ BAXARKƏN

DÖRDLÜK TEST VURURDU(2) SANKİ,QUŞQULANIRDI TAPIB İTİRİRDİ

ŞAŞIRDI GÖZÜ GÜZLƏRİMDƏ.TƏK O DƏĞİL,BƏLKƏ SƏNƏ BƏNZƏYİR

BƏNZƏYƏCƏK BAŞQALARI DA ARA-BİR.

 

EY MƏCHUL SEVGİLİ,BU QƏDƏR QADINI NECƏ NƏCUR SEVƏCƏYƏM?,

 

BUNA ŞE'R DEMƏK HALIM YOX

 

 

Dana-dana "xət" səfindəki qızlalrı

 

qaça-qaça öpəcəğəm...?

 

YENİYETMƏ ÇAĞLARIMDA QADINLARIN YAXINLAQ ANINDA AĞRIDAN

 

AĞLADIĞINI XƏYAL EDƏRDİM,İNDİ YETGİN BİR ƏRKƏGİN QADINLARLA

 

YAXINLIQ ANINDA AĞLADIĞINI XƏYAL EDİRƏM

 

Döşlərini soyun

 

görək sevgidən nə qalır

 

Yox irfan demirəm

 

o,astanığlı alətdi

 

ədəbim"Bikini"(3)lə gəzir

 

məchulun biri məchul duyğularım...

-------------------------------------------

1- Şəhər utubusu

 

2- Test sorğularını cavablamaq

 

3- Ikiparça mayo.

 

Məchul hica (4)

 

ÖNƏMSINMƏMIŞ TARIXCIKI DÜŞÜNMƏK,KİŞİSƏL BAŞKƏNDLƏRİ

SAVUNMAQ...

Bİ(R) DƏQİQƏDƏN İLLƏR ÖNCƏYƏ QƏDƏR,BU DƏQİQƏ BU SAAT BU

GÜNKÜGÜN,KİM SEVDİ? KİM AYRILDI? NƏLƏR NƏLƏR...?

Kim anar?

onları kim anar?

mənimlə qaz bu günü

quyuya düşmüş üzükləri düşünürəm

ümüdsüz onlar qədər ümüdsüzəm

səni doğru kim anar?

bəlkə də tanrı işinə qarışıram

tanrını tanırdın?

zamanı ölçməğə getdi də gəlmədi

hərə başqa vəsiyətini bulur

tanrı,başqa sevgililər

varolmayanlar üçün varlığıma inandım

get-gedə soldu

dərilmiş məchulidi gözəl.

Qapıları sənə yel açar

mən olmayanda bu ev birisini yaşar

nəfəs alıram

yadıma düşməyən Odkolon adısan

hulu hica məchul

hulu hica məchul...